ain.az, Yeniavaz saytına istinadən bildirir.
Oktyabrın 6-da isveçli hüquq müdafiəçisi Qreta Tunberq də daxil olmaqla “Sumud” donanmasının 171 fəalı (ərəb dilində “müqavimət” deməkdir) İsraildən Yunanıstan və Slovakiyaya deportasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
“HƏMAS “Sumud” donanmasının 171 təxribatçısı, o cümlədən Qreta Tunberq bu gün İsraildən Yunanıstan və Slovakiyaya deportasiya edilib. Deportasiya edilənlər Yunanıstan, İtaliya, Fransa, İrlandiya, İsveç, Polşa, Almaniya, Bolqarıstan, Litva, Avstriya, Lüksemburq, Finlandiya, Danimarka, Slovakiya, Norveç, Böyük Britaniya, Serbiya və ABŞ vətəndaşlarıdır”, - məlumatda qeyd edilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.