AZ

FIFA daha bir Türkiyə klubuna transfer qadağası qoydu

BAKI, 6 oktyabr. TELEQRAF
FIFA Türkiyənin “Kayserispor” və “Eyüpspor” klubları ilə bağlı qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.

Super Liqada çətin günlər yaşayan və düşmə zonasından çıxa bilməyən “Kayserispor”un üç dönəmlik transfer pəncərəsi bağlanıb. Digər tərəfdən, FIFA tərəfindən müddətsiz transfer qadağası tətbiq olunan “Eyüpspor”un borcu ödənildiyi üçün qadağa aradan qaldırılıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyə klubu “Antalyaspor”a transfer qadağası tətbiq etmişdi.

Seçilən
98
teleqraf.com

1Mənbələr