AZ

Uşaq meydançasında bədbəxt hadisə: Başına səkkiz tikiş qoyuldu - FOTOLAR

Bakıda Qara Qarayev metrostansiyasının yaxınlığındakı uşaq meydançasında bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, azyaşlı sürüşkəndə oynayarkən baş nayihəsindən xəsarət alıb.

Bu barədə uşağın anası İradə Ağaquliyeva məlumat verib.

Onun sözlərinə görə, uşağın başı sürüşkənin üst hissəsindəki dəmirə dəyib və yarılıb. Hadisə yerində olan şəxslər qanaxmanı dayandırmağa çalışaraq dərhal təcili tibbi yardım çağırıblar. Uşaq xəstəxanaya yerləşdirilib və başına səkkiz tikiş qoyulub.

"Cebheinfo.az" 

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr