AZ

Forbes in yeni siyahısı: Türkiyənin ən varlı adamları

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

Jurnalın məlumatına əsasən, siyahının ilk onluğunda adları çəkilən şəxslərin sərvətinin ümumi həcmi 30,8 milyard dollardır. Siyahı əsas etibarilə dəyişməsə də, rəqəmlər üzrə dalğalanmalar nəzərə çarpır: 10. Həmdi Uluqaya (1972) - ABŞ-da ən çox satılan süzülmüş qatıq istehsalçısı "Chobani"nin sahibi. Sərvəti: 2,2 milyard dollar;

9. Rəhmi Qoç (1930) - "Koç Holding"in idarə heyətinin fəxri sədri. Sərvəti: 2,4 milyard dollar;

8. Filiz Şahəng (1967) - "Doğuş Holding”in idarə heyətinin sədr müavini. Sərvəti: 2,4 milyard dollar;

7. Fərid Faiq Şahəng (1964) - "Doğuş Holding”in idarə heyətinin sədri. Sərvəti: 2,6 milyard dollar;

6. Səmahət Arsel (1928) - "Koç Holding"in idarə heyətinin üzvü. Sərvəti: 2,7 milyard dollar;

5. Sənan Tara (1958) - "ENKA İnşaat" şirkətinin idarə heyətinin sədri. Sərvəti: 2,8 milyard dollar;

4. İpək Qıraç (1984) - "Koç Holding"in idarə heyətinin üzvü. Sərvəti: 2,8 milyard dollar;

3. Ərman İlıcaq (1967) - "Rönesans Holding"in sədri. Sərvəti: 3 milyard dollar;

2. Cəmil Qazançı (1961) - "Kazancı Holding"in və "Aksa Enerji"nin sahibi. Sərvəti: 4,5 milyard dollar;

1. Murad Ülkər (1959) - "Yıldız Holding"in idarə heyətinin sədri. Sərvəti: 5,4 milyard dollar.

Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
5
azvision.az

6Mənbələr