AZ

Trampın prezidentlik postundakı varisi açıqlandı

ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Devud Vens 2028-ci ildə Respublikaçılar Partiyasının prezidentliyə növbəti namizədi olacaq.

Modern.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio açıqlayıb.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Rubionu prezident postunun potensial varisi adlandırmışdı.

“Düşünürəm ki, vitse-prezident Vens namizəd olmaq qərarına gəlsə, növbəti Respublikaçı namizəd o olacaq”, - Rubio Fox News-a müsahibəsində Trampın ondan bunu istəsə, prezidentliyə namizədliyini irəli sürməyə hazır olub-olmayacağını şərh edərkən deyib.

Seçilən
17
1
modern.az

2Mənbələr