AZ

"Şəki Siti" Bəhman Həsənovun yerinə bu mütəxəssisi gətirdi

Baş məşqçi Bəhmən Həsənovla vidalaşan "Şəki Siti"nin rəhbərliyi yeni çalışdırıcı ilə bağlı qərarını verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən klubun idarəçiləri "Quba"dan ayrılan Elvin Həsənovla anlaşıblar. 

Sözügedən mütəxəssis komandanı növbəti oyuna hazırlayacaq. O, artıq futbolçularla tanış olub.

Qeyd edək ki, 4 oyuna 6 xal toplayan "Şəki Siti" hazırda turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub. Sözügedən komanda lider "Xankəndi"dən 6 xal geri qalır. 

Nihat

 

Seçilən
15
2
fanat.az

3Mənbələr