AZ

Bu avtomobillər bahalaşacaq- Güzəşt ləğv olunarsa

1 yanvar 2026-cı ildə Azərbaycana gətirilən hibrid və elektrik avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumlarının güzşət müddəti başa çatır. Və bu gün müzakirə olunan məsələlərdən biri də həmin güzəştlərin müddətinin uzadılıb, uzadılmamasıdir.

Mövzu ilə bağlı News365.az -a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki,  Azərbaycanda hibrid və elektrik maşınlara tətbiq olunan vergi güzəştlərinin ləğv edilməsi mümkündür:

“Amma bu, müəyyən şərtlərdən və hökumətin siyasətindən asılıdır. Elektrik maşınlarının və hibrid maşınların idxalı üçün vergi və gömrük güzəştləri tətbiq olunur. Elektrik maşınları və hibrid maşınlar üçün mövcud güzəştlərin müddətinin uzadılması istiqamətində təkliflər edilmişdir. Dövlət büdcəsinin gəlirləri azaldıqda və ya xərclər çoxaldıqda, vergi güzəştləri və sanksiyaları nəzərdən keçirərək onları azaltmaq və ya ləğv etmək mümkün ola bilər.

Məsələn, elektrik maşınlarının sayı çox artıbsa və bazar kifayət qədər formalaşıbsa, hökumət düşünə bilər ki, artıq güzəştlər “təşviq” funksiyasını yerinə yetirib və indi onlar ləğv edilə bilər.

Mümkündür ki, hökumət güzəştləri ləğv etmək əvəzinə onları mərhələli şəkildə azaldaraq, ya vergi dərəcələrini tədricən artıraraq keçid strategiyası aparsın.

Əgər istiqamət “ yaşıl iqtisadiyyata keçid ” (green economy) siyasətində qalırsa, güzəştlər dövlətin strategiyasının bir hissəsidir və ləğv riski aşağı olar. Əks təqdirdə, prioritetlər dəyişə bilər”.

Müsahibimiz onu da qeyd edib ki,  hökumət bu güzəştlərin uzadılması və ya yeni şərtlərlə davam etdirilməsi haqda qərar verə bilər:

“Güzəştlərin tədricən azaldılması (vergi dərəcələrinin yüksəldilməsi) — belə ki, tam ləğv yox, amma daha məhdud forma tətbiq edilə bilər.

Tamamilə ləğv — mümkündür, amma bu, maliyyə və siyasət baxımından ciddi addımdır və ictimai reaksiyalarla da bağlı ola bilər.

Amma hibrit avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin aradan qaldılılacağı ehtimalını gücləndirən bir amil də odur ki, Neft Fondundan transfert ciddi səkildə artmasa da, sonradan büdcənin gəlir və xərclər hissəsinə müəyyən artımlar əlavə edildi. Həmin artımlar yəqin ki, bu il güzəşt müddəti bitən vergi və gömrük rüsumları güzəştləri hesabına maliyyələşdiriləcək”.

News365.az 

 

Seçilən
33
news365.az

1Mənbələr