AZ

Taliblər Trampın təklifi ilə razılaşmayıblar

AzVision.az bildirir ki, “Sky News” telekanalına müsahibəsində “Taliban”ın nümayəndəsi əfqan xalqının öz ərazisinin xarici dövlətlərə verilməsinə heç vaxt razılaşmayacağını vurğulayıb.

“Əfqanlar heç vaxt və heç bir şəraitdə torpaqlarının kiməsə verilməsinə icazə verməyəcəklər”,- Zəbihulla Mücahid deyib.

Trampın Baqram iddiası:ABŞ-Çin rəqabətinin yeni müstəvisi
Bununla belə Talibanın yüksək vəzifəli təmsilçisidiplomatik nümayəndəliklərin yenidən açılması ilə bağlı ABŞ ilə danışıqların aparıldığını da diqqətə çatdırıb. O, hökumətin Vaşinqtonda Əfqanıstan səfirliyinin və Kabildəki Amerika səfirliyinin yenidən açılmasını müzakirə etdiyini təsdiqləyib.

Mücahid hər iki paytaxtda diplomatik nümayəndəliklərin işini bərpa etməkdə maraqlı olduğunu bildirib.

Xatırladaq ki, iki həftə əvvəl ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı “Baqram” Hərbi Hava Bazasının yenidən Vaşinqtonun ixtiyarına verilməsini tələb edib.

Amerika liderinin sözlərinə görə, bu obyekt ABŞ üçün strateji əhəmiyyət daşıyır və ölkənin regional təhlükəsizlik maraqlarına xidmət edir. Tramp bildirib ki,bazanın “Taliba”nın nəzarətində qalması bölgədə sabitlik üçün risklər yaradır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
26
1
azvision.az

2Mənbələr