Vodolatski bu fikirləri Tbilisidəki bələdiyyə seçkiləri fonunda baş verən iğtişaşları şərh edərkən dilə gətirib. Deputatın sözlərinə görə, istənilən postsovet dövləti Avropa üçün "məhv edilmə, mövcud insani dəyərlərin, dərin tarixi köklərin dağıdılması elementi" sayılır.
O, Aİ-nin məqsədinin bu dəyərləri yox etmək, "yuyub aparmaq" və postsovet məkanındakı istənilən ölkəni "sürü" halına salmaq olduğunu vurğulayıb. Vodolatski, Ermənistan və Azərbaycanın da bir vaxtlar Ukraynanın "yuvarlandığı" bənzər hərəkətlərə məruz qalacağını iddia edib.
O, həmçinin bu siyasətin "yol ayrıcında olan" digər ölkələrə də şamil edildiyini əlavə edərək, Ukrayna hadisələrinin bu dövlətlər üçün bir göstərici olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31