AZ

Fabio Kannavaro Özbəkistan millisinə baş məşqçi təyin edilib

İtaliyalı sabiq futbolçu Fabiqo Kannavaro Özbəkistan millisinə baş məşqçi təyin edilib.

Missiya.Az xəbər verir ki, bu barədə Özbəkistan futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Kannavaronun Özbəkistan millisinin baş məşqçisi təyin olunması ilə bağlı şifahi razılığa gəliblər. Müqavilə tezliklə imzalanacaq.

Qeyd edək ki, Özbəkistan millisi 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
56
missiya.az

1Mənbələr