2-ci Liqa təmsilçisi "Quba"da sular yenə bulanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçular klub prezidenti Ayaz Abdullayevdən narazıdırlar.
Hazırda 10 futbolçu Bakıdadır və bölgəyə qayıtmaq istəmirlər. Səbəb maaşların vaxtında verilməməsi, meydan problemi üzündən məşqlərin normal qaydada keçilməməsi, Ayaz bəyin futbolçuların zənglərini cavabsız qoymasıdır.
Oyunçulardan biri redaksiyamızla əlaqə saxlayaraq mövcud vəziyyət barədə danışıb: "Vəziyyət o qədər acınacaqlıdır ki, nisyə çörək götürürük. Ayaz müəllim də zənglərimizə cavab vermir, adi qidalanma da qaydasında deyil. Bizə başqa vədlər verilmişdi. Maaşlar normal şəkildə ödənilmir. İlk günlərdə hər şey başqa idi. Orada bir Mətləb adlı adam var. Qubalıdır. Klubda işləmir. O adam olmasa, acından ölərik. Mağazalardan nisyə çörək götürürük. Bu səbəndən heç birimiz Qubaya qayıtmaq istəmirik. İndi Qubada 5-6 oyunçu qalıb".
Nihat