Gürcüstan, Ermənistan və Azərbaycan dövlətçiliyini məhv etməyə çalışan Avropa İttifaqının və Avropanın xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib.
O, Gürcüstanda bələdiyyə seçkiləri fonunda Tbilisidə baş verən iğtişaşları şərh edib: pizza hut
"Onlar üçün (Avropa İttifaqı və Avropa kəşfiyyat xidmətləri – TASS) istənilən postsovet dövləti məhvetmə elementi, mövcud bəşəri dəyərləri və dərin tarixi kökləri məhv etmək vasitəsidir. Məqsədləri bunların hamısını kəsmək, aşındırmaq və postsovet məkanındakı istənilən dövləti sürüyə çevirməkdir. Ona görə də Ermənistan və Azərbaycan hərəkətlərinə məruz qalacaqlar. Ukraynada olduğu kimi".
Viktor Vodolatski əlavə edib ki, Avropa İttifaqı “hazırda yol ayrıcında olan” digər ölkələrə qarşı da oxşar siyasət aparır.
Telegram kanalımız