AZ

Şəmkirin bəzi yerlərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bakı. Trend:

Şəmkirin bəzi yerlərində qaz təchizatında fasilə yaranacaq.

Trend xəbərverir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, “Qazıməmməd–Qazax” yüksək təzyiqli magistral qazkəmərinin 297,5-ci kilometrində yeni çəkilmiş yüksək təzyiqli qazxəttinin qaz nəqli sisteminə qoşulması və “Çinarlı QPS qol” qazkəmərində kranın yenisi ilə əvəz olunması işləri ilə bağlı07.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək“Şəmkir-1 əhali”, “Şəmkir-2 sənaye”, “Çinarlı əhali”, “Çinarlısənaye”, eləcə də “Əliyaqublu-1” və “Əliyaqublu-2” ölçüqovşaqlarından qaz təchizatı dayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə Şəmkir şəhəri (Şəmkirşəhərinin Morul yaşayış sahəsi istisna olmaqla), rayonun Dəllər vəÇinarlı qəsəbələri, həmçinin Dəllər Cəyir, Dəllər Daşbulaq, DəllərCırdaxan, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd,Qarabağlar, Yeniyol və Qədimqala kəndlərinin qaz təchizatındafasilə yaranacaq",- deyə əlavə edilib.

Məqalədə:
Seçilən
93
9
az.trend.az

10Mənbələr