Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
***
10.28
Qaradağda 29 yaşlı kişi damdan yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.