2025-ci il Fiziologiya və Tibb üzrə Nobel Mükafatının qalibləri açıqlanıb.
AzPost bildirir ki, Meri Brunkov (Sietldə yerləşən Sistem Biologiya İnstitutu), Fred Ramsdell (San-Fransiskoda Parker Xərçəng İmmunoterapiya İnstitutu) və Osaka Universitetinin professoru Şimon Sakakuçi “periferik immunitetə dair kəşflərinə görə” layiq görülüblər.
Laureatların adları bazar ertəsi, oktyabrın 6-da Stokholmda elan edilib.