AZ

Suriyada güclü partlayış baş verib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Suriyanın şimalında, Hələb şəhərinin Əşrəfiyyə məhəlləsində naməlum səbəbdən güclü partlayış baş verib.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, lakin partlayışdan sonra qalxan tüstü Hələbin səmasını bürüyüb.

Partlayış terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Əşrəfiyyə məhəlləsindəki bir parkda qeydə alınıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib, rəsmi açıqlama isə verilməyib.

Mənbələr bildirir ki, partlayışın baş verdiyi ərazi Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror təşkilatının işğalı altındadır.

Xatırladaq ki, Baas rejimi 2012-ci ildə silahlı qarşıdurmadan çəkinməsi şərti ilə Hələbin bəzi şimal məhəllələrini – o cümlədən Şeyx Məqsud və Əşrəfiyyə bölgələrini PKK/YPG-yə təhvil vermişdi.

Təşkilat bu əraziləri terror mərkəzinə çevirmiş, öldürmə, qaçırma, zorla silah altına alma kimi cinayətlər törətmişdir.

Bir çox beynəlxalq hesabatda terrorçuların uşaqları məktəbdən sonra qaçıraraq silahlı dəstələrinə cəlb etməsi də qeyd olunub.

PKK/YPG silahlıları 2016-cı ildə rejim və Rusiya qüvvələrinin Hələbi mühasirəyə alıb ələ keçirməsində mühüm rol oynamış, Şeyx Məqsud məhəlləsi vasitəsilə rejimə strateji dəstək vermişdi.

Baas rejiminin dağılmasından sonra da terrorçular Hələbdəki işğalını davam etdirərək, məhəllələrə snayperlər yerləşdirmişdi.

Seçilən
86
14
turkic.world

10Mənbələr