AZ

Çində insana bənzər robot təqdim edildi

Ajans.az xəbər verir ki,AheadForm Origin M1 adlanan bu bədənsiz robot üzündəki 25 kiçik mühərrikin köməyi ilə ən incə mimikaları və üz hərəkətlərini təkrarlaya bilir. Robotun üzündə yerləşən kiçik kameralar və mikrofonlar onun ətraf mühiti dərk etməsinə və insanlarla qarşılıqlı əlaqə qurmasına imkan verir. Şirkət bu robotu “emosiyaları ifadə edə bilən mürəkkəb humanoid baş” kimi təqdim edir. Sosial mediada robotun real ifadələri böyük maraq doğurub. İzləyicilərdən biri onu “canlanan video oyun personajı” adlandırıb, digərləri isə texnologiyanın gələcəyi üçün böyük potensial gördüklərini bildiriblər. Eyni zamanda, bəzi istifadəçilər robotun çox real görünməsinin insanlarda qarışıqlıq yaratdığını da vurğulayıblar. AheadForm-un təqdim etdiyi bu robot texnologiyası animatronika sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Началоформы   Конец формы

 

Seçilən
26
Ajans.az

1Mənbələr