AZ

Merkel Polşanı və Baltikyanı bu məsələdə ittiham edib

Almaniyanın keçmiş kansleri Angela Merkel bəyan edib ki, Polşa, Estoniya, Latviya və Litva 2021-ci ildə Rusiya ilə diplomatik danışıqları pozublar və bu, Ukraynada hərbi münaqişənin başlanmasına dolayısı ilə töhfə verib.

“İki sahil” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

"2021-ci ilin iyununda mən hiss etdim ki, Putin artıq Minsk razılaşmalarını ciddiyə almır", - Merkel deyib.

O, Avropa İttifaqı adından yeni danışıqlar formatının yaradılmasını təklif edib, lakin  bu təşəbbüs dəstəklənməyib. Baltikyanı ölkələr və Polşa ilk olaraq buna qarşı çıxıblar.

Merkelin izah edib ki, Baltikyanı ölkələr və Polşa ehtiyat edirdi ki, təklif olunan format Rusiyaya qarşı ümumi siyasət formalaşdıra bilməyəcək. Onun sözlərinə görə, Ukraynada hərbi münaqişə diplomatik səylərin uğursuzluğundan və onun kansler vəzifəsindən istefasından sonra başlayıb.

Seçilən
23
1
ikisahil.az

2Mənbələr