AZ

Qreta Tunberq bu gün İsraildən deportasiya olunur

Qreta Tunberq bu gün İsraildən deportasiya olunur

The Times of Israel nəşrinin məlumatına görə, radikal iqlim fəalı Qreta Tunberq bu gün İsraildən deportasiya ediləcək. Onunla birlikdə daha 70 fəal da ölkədən çıxarılacaq.

Məlumata əsasən, Tunberq daha əvvəl İsveç səfirliyinə saxlanma şəraitinin pis olmasından şikayət edib. O, az su və qida verildiyini, kamerasında taxtabiti olduğunu və ona qarşı sərt rəftar edildiyini bildirib.

Ümumilikdə İsrail “Sumud flotiliyasının” Qəzza zolağına girməyə cəhd edən 170 iştirakçısını deportasiya edib.

Seçilən
62
interpress.az

1Mənbələr