AZ

Suriyanın Hələb şəhərində partlayış olub

Suriyada PKK/YPG terror təşkilatının işğalı altında olan Eşrefiyye məhəlləsindəki parkda şiddətli partlayış baş verib.

Missiya.Az xəbər verir ki, bu barədə "Starhaber" məlumat yayıb.

Qeyd edək ki, bölgədən yüksələn tüstü Hələbin səmasını bürüyüb. Partlayışın mənbəyi və insan itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

İlahə QənbərliMissiya.Az

Seçilən
68
missiya.az

1Mənbələr