"Mançester Siti"nin hücumçusu Erlinq Haaland daha bir rekordu təkrarlayıb.
Publika.az xəbər verir ki, norveçli forvard İngiltərə Premyer Liqanın 7-ci turunda "Brentford"a vurduğu qol (1:0) ilə komandasına qələbə qazandırıb. Haaland 2025/26 mövsümündə bütün turnirlərdə artıq 15 dəfə fərqlənib, onların 9-u Premyer Liqada qeydə alınıb.
Premyer Liqa tarixində indiyədək yalnız iki futbolçu mövsümdə oktyabr ayı bitməmiş bütün turnirlərdə ən azı 15 qol vurmağı bacarmışdı. Bunlardan biri elə Haaland özü (2022/23 və 2025/26 mövsümləri), digəri isə "Nyukasl"ın əfsanəsiAlan Şirerdir (1992/93 və 1995/96).