AZ

Mbappenin son durumu bəlli oldu: Azərbaycana qarşı oynayacaq?

“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappenin zədəsinin durumu bəlli olub.

İdmanxeber.az Fransanın “beIN SPORTS” nəşrinə istinadən xəbər verir ki, ulduz oyunçunun “Vilyarreal” görüşündə ayağı burxulub. Onun 7-10 gün arası yaşıl meydanlardan kənar qalacağı bildirilib. Bu müddətdə Mbappenin istirahətə də ehtiyac olduğu yazılıb.

Nəşr iddia edir ki, futbolçunun Azərbaycan və İslandiya yığmalarına qarşı oynamaq ehtimalı azdır. O, hər gün həkim nəzarətindədir.

Mbappenin ayın 19-da “Real”ın “Xetafe”yə qarşı oyununda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan millisi ayın 10-da səfərdə Fransa ilə üz-üzə gələcək.

Seçilən
71
1
idmanxeber.az

2Mənbələr