Emin Mahmudov 200-cü dəfə meydana "Neftçi"nin kapitanı kimi çıxıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu "Zirə" ilə matçda (2:2) bunu reallaşdırıb.
Mahmudov ilk dəfə 2017/2018 mövsümündə "Neftçi"nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.
Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində ümumilikdə 262 oyun keçirib.