AZ

Fələstinə dəstək flotiliyasının iştirakçıları İsraildən deportasiya edilir –ÖZƏL

Fələstinə dəstək məqsədilə təşkil olunmuş "Qlobal Sümud Flotiliyası"nın 70-dən çox iştirakçısı, o cümlədən isveçli fəal Qreta Tunberq, bazar ertəsi İsraildən deportasiya ediləcək. 

Olaylar.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən AFP agentliyi məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, 9 isveçli, 28 fransız, 27 yunanıstanlı və 15 italyan İsraili tərk etməyə məcbur ediləcək. Həbs olunanların əksəriyyətinin təyyarə ilə Yunanıstana aparılması gözlənilir.

Ərəbcədən "dözümlülük" və ya "müqavimət" mənasını verən "Qlobal Sümud Flotiliyası" müxtəlif ölkələrdən olan 40-dan çox gəmidən ibarət idi. Flotiliya sentyabrın ortalarında Tunisdən Qəzzaya yola düşmüşdü. Missiyanın əsas məqsədi Qəzza zolağındakı blokadanı yarmaq və ərazi sakinlərinə humanitar yardım çatdırmaq idi.
İsrail hakimiyyəti dəfələrlə fəalların hərəkətlərini təxribatçı hesab etdiyini və gəmilərin Qəzza sahillərinə yaxınlaşmasına icazə verməyəcəyini bildirmişdi. Nəticədə, İsrail Hərbi Dəniz Qüvvələrinin gəmiləri flotiliyanı ələ keçirmiş, 400 fəalın hamısını həbs edərək İsrail sahillərinə gətirmişdi. Oktyabrın 3-də İsrail hakimiyyəti fəalların deportasiyasına başlamış və artıq üç gün ərzində flotiliyanın ümumilikdə 170 iştirakçısı ölkədən çıxarılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
olaylar.az

1Mənbələr