AZ

Uşaqlarda Qızdırma Zamanı Spirt, Sirkə və Yoddan İstifadə Etmək Olarmı?

Uşaqlarda

Uzman Dr. Rövşanə Həsənzadə valideynləri tez-tez edilən təhlükəli səhvlərdən çəkinməyə çağırır.Uzman Dr. Rövşanə Həsənzadə ulusum.az-a açıqlamasında qeyd edir ki, uşaqlarda qızdırma zamanı spirt, sirkə və yod istifadəsi geniş yayılsa da, bu üsulların faydasından çox zərəri var. Bu maddələr qan damarlarını daraldaraq qızdırmanı yalnız müvəqqəti azaldır, lakin daxildə istilik qalır və nəticədə qızdırma daha şiddətli şəkildə geri qayıda bilər. Üstəlik, uşaqların dərisi daha həssas olduğundan bu maddələr alerji və yanıq riski yaradır.Həkim tövsiyə edir ki, uşağın hərarəti 38°C-dən yüksəkdirsə, ən doğru müdaxilə — alnına ilıq yaş tənzif qoymaq, bədəni ilıq su ilə silmək və ya ılıq vanna etdirməkdir. Elmə əsaslanan bu yanaşma, həm təhlükəsiz, həm də effektivdir.R.Daşdəmirova

Diqqət Çəkənlər

Polifenol Nedir? Polifenol Faydaları Polifenollarla Zəngin Qidalar

Gələn il pensiyalar artacaq: Artım nə qədər olacaq?

Ulusumun Mətbəxində: Soğan Dolması

Seçilən
77
ulusum.az

1Mənbələr