AZ

Cəbrayılın inkişaf perspektivləri

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və dayanıqlı iqtisadi inkişafının təmin olunması üçün hökumət ardıcıl və planlı tədbirlər həyata keçirir

 Cəbrayıl — Azərbaycan Respublikasının inzibati rayonlarından biridir, inzibati mərkəzi Cəbrayıl şəhəridir. Rayon 1930-cu ildə yaradılmışdır. Coğrafi baxımdan Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayı boyunca İranla sərhəd olan ərazilərdə yerləşir. Ərazidə dağlıq və düzənlik hissələr mövcuddur. 23 Avqust 1993 cü il tarixində Ermənistan Silahlı Qüvvələri Cəbrayıl rayonunu tam şəkildə işğal etmişdir. İşğal zamanı rayonda 1 şəhər, 4 qəsəbə və 92 kənd var idi. İşğalın iqtisadi, sosial və mədəni fəsadları çox böyük olmuşdur. Mülki infrastrukturlar — məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları — dağıdılmış, tarixi-dini abidələr məhv edilmişdir. Rayonda yaşayan əhali məcburi köçkün vəziyyətinə düşmüş, çox sayda insan öz yurd-yuvasından ayrı düşmüşdür. İşğal nəticəsində Cəbrayıl rayonuna təxminən 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. İşğaldan əvvəl rayonda əhali sayı təxminən 52,000 nəfər idi. 72 məktəb, 8 xəstəxana, 150 mədəniyyət ocağı, yüzlərlə tarixi abidə istismar edilmiş və ya məhv edilmişdir. Müxtəlif mənbələrdə 300 400 ə yaxın şəhid, yüzlərlə əlil, bir neçə Milli Qəhrəman rayondan olmuşdur. Cəbrayıl rayonu Azərbaycan tarixində məskunlaşma, memarlıq və maddi mədəniyyət baxımından zəngin bölgə olmuşdur. Burada müxtəlif dinlərə, xalqlara, memarlıq üslublarına aid arxeoloji və tarixi abidələr mövcuddur. 1993 cü ildə Cəbrayılın işğalı, 27 ilə yaxın müddətdə bu abidələrin qorunması, saxlanması mümkün olmamış, bir çoxu ya məhv olmuş, ya da ciddi ziyan görmüşdür. 2020 ci ildə rayonun azad olunmasından sonra abidələrin vəziyyəti öyrənilmiş, bərpa, bərpa quruculuq imkanları müzakirə olunmuşdur. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Bu abidələrin hər biri ilə bağlı iddia olunur ki, ya tamamilə məhv edilib, ya da dağıntıya məruz qalıb. (“Erməni vandalizmi” başlıqlı məqalələrdə bu sadalanma var).

 2020 ci ilin Vətən Müharibəsi dövründə Azərbaycan Ordusu düşmən qüvvələrinə qarşı irəliləmiş və Cəbrayıl rayonu istiqamətində əməliyyatlar həyata keçirmişdir. 4 Oktyabr 2020 ci il tarixində Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edilmişdir. Bu gün — Cəbrayılın işğaldan azad edilməsi günü — xüsusi əhəmiyyət daşıyır. Azad olunan kəndlər arasında Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəcəl (Decal) kəndləri vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 iyul 2023 cü il tarixli sərəncamla “İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri” təsis etmişdir. Bu sərəncama əsasən, 4 Oktyabr Cəbrayıl Şəhəri Günü kimi ildə bir dəfə təntənəli şəkildə qeyd olunur. Cəbrayılın azad edilməsi Azərbaycan üçün strateji baxımdan vacib idi: Arazboyu hissələrin, sərhəd xəttinin bərpası, Ermənistanla sərhəddə nəzarətin gücləndirilməsi kimi önəmli nəticələr doğurdu. Mənəvi-psixoloji baxımdan xalq arasında böyük ruh yüksəkliyi yaratdı; işğaldan azad olunan torpaqlara dönüş, doğma yurda qayıdış ümidini daha da artırdı. Azad edilmiş Cəbrayılda abadlıq quruculuq işləri sürətlə davam edir. Infrastruktur layihələri, yaşayış yerlərinin tikintisi, yollar, kommunal xidmətlər yenidən yaradılır. Məcburi köçkünlər üçün geri dönüş planları hazırlanır və bir hissəsi artıq doğma yerlərinə qayıdıb.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin iqtisadi və sosial inkişaf strategiyasının ayrılmaz tərkib hissəsinə çevrilib. Bu baxımdan, 2021-ci il 4 oktyabr tarixli Fərmanla yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təkcə Cəbrayıl rayonunun deyil, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dirçəlişində mühüm rol oynayır.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və dayanıqlı iqtisadi inkişafının təmin olunması üçün hökumət ardıcıl və planlı tədbirlər həyata keçirir. Bu tədbirlərin başlıca məqsədi regionlarda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır. “Araz Vadisi İqtisadi Zonası” bu məqsədlərə xidmət edən nüfuzlu layihələrdən biridir.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Cəbrayıl rayonunun ərazisində yerləşir və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyi altında fəaliyyət göstərir. Sənaye parkı 200 hektarlıq geniş ərazini əhatə edir və müasir sənaye infrastrukturuna malik olacaq. Sənaye parkının yaradılması yerli və xarici sərmayədarlar üçün cəlbedici biznes mühiti formalaşdırır. Hazırda parkda 140 milyon manatlıq investisiya portfeli olan 18 sahibkarlıq subyekti rezident kimi, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Bu göstəricilər “Araz Vadisi İqtisadi Zonası”nın iqtisadi dinamizmini və perspektivlərini əyani şəkildə ortaya qoyur.

“Araz Vadisi İqtisadi Zonası”nın fəaliyyəti Cəbrayıl rayonunun bərpası və əhalinin daimi məskunlaşması üçün mühüm baza rolunu oynayır. Bu sənaye parkı vasitəsilə yeni iş yerlərinin yaradılması, əhalinin rifahının yüksəldilməsi, regionda xidmət və istehsal sahələrinin inkişafı və əlverişli biznes mühitinin formalaşmasına nail olunur. Beləliklə, sənaye parkı yalnız iqtisadi deyil, həm də sosial dirçəlişə töhfə verir və əhalinin öz doğma yurdlarına qayıdışına şərait yaradır.

Cəbrayıl rayonu Azərbaycanın cənub sərhədlərində yerləşdiyindən nəqliyyat-logistika baxımından xüsusi strateji əhəmiyyətə malikdir. Parkın burada yerləşməsi regional və beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyanı asanlaşdırır və gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslər üçün də güclü platforma yaradır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi uğurlu iqtisadi reabilitasiya və reinteqrasiya siyasətinin bariz nümunəsidir. Bu sənaye parkı həm Cəbrayıl rayonunun bərpasında, həm də Qarabağın ümumi iqtisadi modelində strateji rol oynayır. Gələcəkdə bu layihənin genişləndirilməsi, yeni sahibkarlıq subyektlərinin cəlb olunması və ixracyönümlü istehsal sahələrinin qurulması bölgənin regional inkişafında yeni səhifə açacaq.

 4 Oktyabr — Cəbrayıl Şəhəri Günü, Azərbaycan üçün yalnız azad edilmə tarixi deyil, həm də milli yaddaş, vətənpərvərlik, qələbə ruhu və doğma torpaq həsrəti ilə bağlı simvolik gündür. Bu gün keçmişin ağrı-acısını xatırladır, amma gələcəyə inamı, bərpa və yenilənmə ehtirasını da yaşadır.

 

Paşazadə  Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Seçilən
57
9
azerforum.com

10Mənbələr