AZ

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində 8 idman növü üzrə yarışlar keçiriləcək.

News24.az xəbər verir ki, Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə bütün mükafatçılar müəyyənləşəcək.

Bu arenada qılıncoynatma davam edəcək, güllə atıcılığına isə yekun vurulacaq.

Gəncədə 3x3 basketbolun da mükafatçıları bəlli olacaq.

Şəkidə çövkən üzrə bürünc medal uğrunda görüşdə Qazaxıstan və Qırğızıstan milliləri qarşılaşacaq.

Bu şəhərdə bədii gimnastika üzrə yarışlara da start veriləcək.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə son yarışları keçiriləcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
103
1
news24.az

2Mənbələr