AZ

Apple-də rəhbər dəyişikliyi: Ternus Kukun varisi ola bilər

BAKI, 6 oktyabr. TELEQRAF

"Apple" şirkəti rəhbərlikdə mümkün dəyişiklik ərəfəsində əsas avadanlıq mühəndisi Con Ternusu baş direktor Tim Kukun mümkün varisi kimi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məqalədə bildirilir ki, son on ildə "Apple" sabit idarəetmə sistemini qoruyub saxlaya bilib, lakin Kukun vəzifədən getməsi şirkət üçün ciddi sınaq ola bilər.

Mütəxəssislər hesab edirlər ki, Kukun şirkətdə Direktorlar Şurasının sədri vəzifəsində qalaraq müəyyən formada fəaliyyətini davam etdirməsi mümkündür. Bu, Ceff Bezos, Larri Ellison, Bill Qeyts və Rid Hasting kimi texnoloji nəhənglərin yolu ilə eyni addım sayılır.

Seçilən
5
teleqraf.com

1Mənbələr