AZ

Beyin xərçənginin xüsusi təhlükəsi aşkarlandı

Albert Eynşteyn Tibb Kollecinin alimləri göstəriblər ki, glioblastoma — beynin ən aqressiv xərçəng növü — yalnız beyni deyil, kəllə sümüklərini də zədələyir.

Publika.az xəbər verir ki, araşdırma nəticələri "Nature Neuroscience" jurnalında dərc olunub.

Məlum olub ki, şiş kəllə tikişlərini dağıdır, sümük iliyinin tərkibini dəyişir və immun sistemin fəaliyyətini pozur.

Siçanlar üzərində aparılan eksperimentlər və pasiyentlərin görüntülərinin analizi göstərib ki, glioblastoma sümüklərin incəlməsinə və beyinlə kəllə arasında kanalların genişlənməsinə səbəb olur. Bu kanallar vasitəsilə sümük iliyindən gələn iltihab hüceyrələri şişə yönəlir və onu daha aqressiv və müalicəyə davamlı edir.

Alimlər immun hüceyrələrində ciddi balans pozuntusu qeydə alıblar: iltihablı neyrofillərin sayı artır, müdafiəvi B-hüceyrələri isə demək olar ki, yoxa çıxır. Bu, yalnız beyinə yönəlmiş ənənəvi terapiya metodlarının niyə az effektiv olduğunu izah edə bilər.

Seçilən
30
publika.az

1Mənbələr