AZ

Qərb Gürcüstanda inqilab ssenarisi tətbiq edib

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Gürcüstanda oktyabrın 4-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət aksiyalarını davam etdirir. Dünən gecə Tiflisdə müxalifətin tərəfdarları yenidən Rustaveli prospektini parlament binası yaxınlığında bağlayıblar.

Politoloq Məhəmməd Əsədullazadə xalqcebhesi.az-a deyib ki, Avropa İttifaqının bu etiraza dəstək verməsi istisna deyil: "Qərblə Gürcüstan hökuməti arasında siyasi böhran hökm sürür. Avropa Rusiya yönümlü adlandırdığı

"Gürcü Arzusu" hökumətinin devrilməsində maraqlıdır. Bu seçkilərin nəticələrinə etiraz olaraq Qərb Gürcüstanda inqilab ssenarisini işə salıb. Etiraz aksiyaları prezident sarayını və parlamenti hədəfə alıb.

Moldovada seçkilərin nəticələri Gürcüstan müxalifətini və Qərbi kifayət qədər hökumətin üstünə getməsinə rəvac verib. Etiraz aksiyaları anti-Rusiya şüari ilə keçiriməklə, birbaşa geosiyasi rəqabətin meydançasına çevrilib. Moldovada qələbə əldə edən Qərb Gürcüstanda inqilabla Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq. Bu etiraz aksiyalarının iştirakçılari əvvəlki etirazlardan fərqli olaraq qəzəblidir. Görünən odur ki, Tiflis "döyüş meydanına" çevriləcək.

İnqilabın baş tutması aksiya iştirakçılarının fəaliyyətindən və vahid liderin ortaya çıxması nəticəsində baş tutması mümkün ola bilər".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
4
icma.az

5Mənbələr