AZ

Süleymanovun şərikləri də Dağıstanda saxlanıldı

Dağıstanda qətl planı ilə bağlı həbs edilən iş adamı İbrahim Süleymanovun azı üç şəriki saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib .

Mənbənin sözlərinə görə, saxlanılan şəxslər 2021-ci ildə qətlə cəhddə iştirakda şübhəli bilinirlər və müstəntiqlərin fikrincə, Süleymanov bunu təşkil edib. Cinayət tamamlanmadığı üçün zərərçəkən sağ qalıb.

Oktyabrın 5-də"RİA Novosti" yazıb ki, Süleymanovun qətli işində yeni müttəhimlər ortaya çıxa bilər.

“Kölgə milyarder” İbrahim Süleymanov 2004-cü ildə Maliyyə Bərpası və İflas Federal Xidmətinin keçmiş rəhbəri Georgi Talın qətlində əli olmaqda şübhəli bilinərək Moskvada həbs edilib . O, günahını inkar edir.

Seçilən
19
21
publika.az

10Mənbələr