AZ

NATO nun keçmiş katibi işçilərinə Trampla bağlı qadağa qoyubmuş

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Yens Stoltenberq NATO-nun baş katibi olarkən "dağıdıcı nəticələr"dən ehtiyat edərək, ABŞ Prezidenti Donald Trampı lağa qoymağı qadağan edib.

Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, Stoltenberq bu barədə "Mənim növbətçiliyimdə: müharibə dövründə NATO-nun liderliyi" kitabında bəhs edib.

Stoltenberqin sözlərinə görə, Trampın 2017-ci il prezident seçkisində qələbəsi onun üçün sürpriz olub və narahatlıq doğurub:

"Mən bundan sonra nə olacağından narahat idim, çünki Trampın seçki kampaniyası zamanı NATO-ya qarşı nə qədər tənqidi mövqe tutduğunu gördüm".

Stoltenberq həmçinin bildirib ki, yaxşı işgüzar münasibətləri saxlamaq üçün o, NATO administrasiyasının üzvlərinə ABŞ-nin yeni prezidentini ələ salmağı və ya narazılıqlarını ifadə etməyi qadağan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
oxu.az

1Mənbələr