Qırğızıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti ( USGS) məlumat yayıb.
Zəlzələnin episentri Cəlal-Abad vilayətinin Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.