Premyer Liqanın VII turunda "Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Bakılıların heyətində Coy-Lens Mikels (37-p.) və Kahim Parris (37) fərqləniblər.
Yevlax təmsilçisi 5 xalla 10-cu, qonaqlar 11 xalla 5-ci pillədə qərarlaşıb. Bakı klubunun ehtiyatda bir oyunu var.
"Karvan-Yevlax" - "Sabah" 0:2