“Arsenal” klubunun İngiltərə Premyer Liqasının “Vest Hem”lə şənbə günü keçirilən matçında zədələnərək ilk hissədə meydanı tərk edən yarımmüdafiəçisi Martin Edeqorun durumuna aydınlıq gəlib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müayinələrin nəticəsinə əsasən, 26 yaşlı yarımmüdafiəçidə sol dizin daxili yan bağında (MCL) zədə aşkarlanıb.
Klub bərpa müddətini açıqlamayıb, lakin bildirilib ki, Edeqor oktyabr toplanışında Norveç millisinin heyətində iştirak etməyəcək.
Hazırda “Arsenal” Premyer Liqanın lideridir — komanda 7 turdan sonra 16 xal toplayıb. “Topçular” növbəti oyununu 18 oktyabrda səfərdə “Fulhem”ə qarşı keçirəcək.