AZ

“Mançester Siti” üç xalı tək qolla qazandı

İngiltərə Premyer Liqasının VII turu çərçivəsində “Brentford” öz meydanında “Mançester Siti”ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Jitek Kommuniti” stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oyunda yeganə qolu “şəhərlilər”in norveçli hücumçusu Erlinq Haland 9-cu dəqiqədə vurub.

Bu nəticədən sonra “Brentford” 7 xalla 16-cı, “Mançester Siti” isə 13 xalla 5-ci pillədə qərarlaşıb.

Növbəti turda “Brentford” **20 oktyabrda səfərdə “Vest Hem Yunayted”**lə, “Mançester Siti” isə **18 oktyabrda doğma meydanda “Everton”**la qarşılaşacaq.

Seçilən
49
90deqiqe.az

1Mənbələr