İki il əvvəl abadlaşdırılma məqsədilə sökülən məhəllədə işlər yarımçıq qalıb.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani 156 ünvanından gedir. 4 binanın sakinləri asudə vaxtlarını keçirmək üçün bu böyük məhəllədə özlərinə yer tapa bilmirlər. Buna səbəb isə bir müddət əvvəl başlanan söküntü və bərpa işlərinin yarımşıq qalmasıdır. Sakinlər deyirlər ki, məhəllə söküldü, amma tikilmir.
Bina sakinləri üzləşdikləri problemlə əlaqədar ərazi üzrə icra nümayəndəliyinə müraciət ediblər.
Sözügedən problemlə əlaqədar biz də Yasamal rayon icra hakimiyyətinə müraciət etdik. Ancaq, münasibət bildirilmədi. Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşdiriləndən sonra problemləri tezliklə həll olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.