AZ

Barbekü Festivalından rəngarəng - FOTOLAR

Şamaxıda təşkil olunan Beynəlxalq Barbekü Festivalı bu gün də davam edib. Azərbaycanda ilk dəfə keçirilən barbekü festivalında 30-dan çox ölkədən məşhur şef-aşpazlar bir araya gəliblər. Festivalın ilk günündə olduğu kimi bu gün də ziyarətçilərin kütləviliyi yaşanıb və bir-birindən maraqlı təqdimatlar tədbiri yaddaqalan edib.

"Unikal" müxbiri xəbər verir ki, Beynəlxalq Barbekü Festivalı Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun dəstəyi ilə təşkil olunub.

Möhtəşəm barbekü təqdimatları ilə zəngin bu beynəlxalq tədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaq, qastronomiya turizmini genişləndirməkdir.

Festival ərazisində quraşdırılmış müxtəlif pavilyonlarda yerli və xarici aşpazlar bir-birindən fərqli təamları təqdim ediblər.

Bu gün də tanınmış aşpazlar ustad dərsləri təşkil edib, restoran pavilyonları ilə tanışlıq olub, yerli və xarici mətbəxin inciləri nümayiş etdirilib.

Festivalın ikinci gününün yaddaqalan məqamlarından biri də aşpazların Azərbaycan milli mətbəxi şousu olub. Azərbaycanın kulinariya mədəniyyətinin beynəlxalq təqdimatı məqsədilə festivala qatılan tanınmış xarici şef-aşpazlar milli təamlarımızı öz tərzlərində bişirib və yeməkləri nümayiş etdiriblər.

Seçilən
6
6
unikal.az

10Mənbələr