AZ

Orban AB-ni məhkəmə ilə hədələdi - məqsədləri Ukraynanı “müstəmləkəyə” çevirməkdir


Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyinin ölkəsini veto hüququndan məhrum etmək cəhdlərinə qarşı çıxıb və Brüsseli məhkəməyə verməklə hədələyib. “Hetek” portalına danışan Orban AB-nin belə bir addım atmasının konstitusiya normalarının açıq şəkildə pozulması olacağını və davanı uduzacağını deyib.

O, Ukraynanın üzvlüyünə etirazları aradan qaldırmaq üçün vetonun ləğvi cəhdinə xüsusilə sərt reaksiya verib və deyib: “Belə olan halda biz məhkəməyə müraciət edəcəyik və onlar işi uduzacaqlar”.

Orban həmçinin bəyan edib ki, ölkəsinin Ukrayna ilə eyni ittifaqda olmaq istəməmək hüququ var. "Təxminən 24 ölkə Ukraynanın Avropa Birliyində olmasını istəyir, ya da belə deyirlər. Amma əsl sual, macarların ukraynalılarla eyni ittifaqda olmaq istəməmək hüququna malik olub-olmamasıdır. Biz bu hüquqa sahibik, çünki biz üzvük, onlar üzv deyil. Biz nə NATO-da, nə də Aİ-də ukraynalılarla birlikdə olmaq istəmirik" - deyən Orban Macarıstanın bu mövqeyi səsləndirmək üçün təbii haqqı olduğunu vurğulayıb.

Orban daha əvvəl Brüsselin Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olmasını istədiyini, lakin son sözün Budapeştin olduğunu bildirmişdi. O, Ukraynanın üzvlüyünün Macarıstan iqtisadiyyatını məhv edəcəyini iddia edib.

Bundan başqa, Orban bu cür genişlənmə planlarına qəti şəkildə qarşı çıxıb və iddia edib ki, Aİ-nin məqsədi Ukraynaya kömək etmək deyil, onu “müstəmləkəyə” çevirməkdir.

TAHİR

Seçilən
25
baki-xeber.com

1Mənbələr