AZ

Tbilisi Kaladzeni niyə qəbul etmir?

“Milan”ın keçmiş müdafiəçisi Kaxa Kaladzenin Tbilisi meri seçkilərində qalib gəlməsi Gürcüstan paytaxtında kütləvi etirazlara səbəb olub.

"Unikal" xəbər verir ki, ölkə hakimiyyəti artıq bəyan edib ki, iğtişaşlar kənardan - Qərb kəşfiyyat orqanları tərəfindən təşkil olunub. 

Siyasi şərhçi Oleq Vedutovun sözlərinə görə, Kaladzenin üçüncü müddətə seçilməsi insanları küçələrə çıxarmaq üçün sadəcə bəhanədir. Etirazçılar konkret məmura deyil, davamlı olaraq Avropa İttifaqından uzaqlaşan və Rusiya ilə münasibətləri bərpa edən hakim “Gürcü Arzusu” partiyasına hücum edir. Dünənki Tbilisi qırğınlarının maraqlı tərəfləri və təhrikçiləri isə Mixail Saakaşvilini hakimiyyətə gətirən, Serbiya və Ukraynada Maydan etirazlarını təşkil edənlərdir.

Qeyd edək ki, Kaxa Kaladzenin futbol keçmişinə nəzər salsaq o, “Milan”la iki dəfə Çempionlar Liqasının, üç dəfə Ukrayna çempionatının qalibi olub. Onun siyasətə qoşulmasına qarşı çıxılması ciddi problemləri həll etmək üçün səriştəsi və idarəetmə təcrübəsinin olmaması ilə izah edilir. 

Kaladze səslərin 71%-dən çoxunu toplayıb. 

Seçilən
27
50
unikal.az

10Mənbələr