Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında güllə atıcılığı üzrə yarışlar keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan yarışlarda 10 metr məsafəyə atışlarda fərqli kateqoriyalarda qaliblər müəyyənləşib. İlk yarışda I yerin sahibi Rusiya Federasiyasından Aigul Xabibullina (17 xal), II yerin sahibi Qazaxıstandan Alexandra Le Şaxtorin (13 xal), III yerin sahibi isə Özbəkistandan Cavohir Sokhibov Tohirova olub.
Digər turnirdə I yerə Rusiya Federasiyasından Daria İsakova Shelludiakov (16 xal), II yerə Belarusdan Alaksandra Piatro Dzemes, III yerə isə Özbəkistandan Nigina Səidkulova Kəmalov layiq görülüb.