Demokrat.az xəbər verir ki, onun sözlərini TRT Haber yayıb.
Fidan xatırladıb ki, bundan əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Alyaskada görüş keçiriblər. Görüş zamanı son dərəcə vacib məsələlər müzakirə olunub. Rusiyanın atəşkəs üçün şərtləri aydın şəkildə Trampa çatdırıldıqdan sonra ABŞ lideri bunu Ukrayna və Avropa liderləri ilə müzakirə edib.
Nazirin sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, tərəflərdən biri güzəştə getsə, digər tərəf daha sərt mövqe tutacaq. Buna görə də həm Rusiya, həm də Ukrayna hərbi səylərini gücləndirir.
“Belə bir fikir var ki, əgər bu problem bir qədər də, bir neçə ay davam etsə, həll imkanı yarana bilər. Çünki artıq aydın olub ki, problem nədədir və harada cəmlənib”, — deyə Fidan vurğulayıb.
Onun sözlərinə görə, əsas problem ondadır ki, Rusiya qondarma DXR-in bütün ərazisinə nəzarət etmir, Ukrayna isə geri çəkilmək istəmir.
5Mənbələr
-
demokrat.az“Ukrayna üzrə danışıqlarda yaxın zamanda irəliləyiş ola bilər” ( 22069369)
-
bizim.mediaHakan Fidan: “Ukrayna üzrə danışıqlarda yaxın zamanda irəliləyiş ola bilər” ( 22061032)
-
bizim.mediaHakan Fidan: “Ukrayna üzrə danışıqlarda yaxın zamanda irəliləyiş ola bilər” ( 22061011)
-
moderator.azFidan: Ukraynadakı müharibənin taleyi bu şəhərdə həll olunacaq ( 22060555)
-
teleqraf.comTürkiyə Rusiya-Ukrayna münaqişəsində irəliləyişin olacağını istisna etmir ( 22059109)