AZ

Nepalda şiddətli yağışların yaratdığı fəsadlardan 43 nəfər ölüb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 5 oktyabr, AZƏRTAC

Nepalda son 24 saat ərzində yağan şiddətli yağışların yaratdığı fəsadlar nəticəsində 43 nəfər ölüb.

AZƏRTAC Nepal mediasına istinadla xəbər verir ki, bu barədə Nepalın fəlakət riskinin azaldılması və idarə edilməsi qurumu açıqlama yayıb. Bildirilir ki, 38 nəfər İlam rayonundakı torpaq sürüşüməsinin, 3 nəfər ildırım vurmasının, 2 nəfər isə daşqının qurbanı olub, 5 nəfər itkin düşüb, 12 nəfər xəsarət alıb.

Təbii fəlakətlə mübarizəyə ordu və polis qüvvələri də cəlb olunub. Ölkə üzrə 28 məntəqədə axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, oktyabrın 4-dən başlayan şiddətli yağışlar torpaq sürüşməsi, palçıq axını, sel və daşqın kimi fəsadlar törədib. Təbii fəlakət Nepalda ən böyük hindu festivalı olan Daşayn günlərinə təsadüf edib. Şiddətli yağışlara görə Katmandu vadisinə oktyabrın 4-dən avtomobillərin hərəkətinə 3 günlük qadağa qoyulub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
azertag.az

3Mənbələr