"Eyüpspor" klubu baş məşqçi Selçuk Şahinlə yolların ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

S. Şahin bu ilin yayında Arda Turanın əvəzinə İstanbul təmsilçisini çalışdırmağa başlamışdı.

Onun komandası son olaraq ötən gün "Kocaelispor"a 0:1 hesabı ilə məğlub olub.

"Eyüpspor" hazırda 5 xalla 18 komanda arasında 16-cı yerdədir.