AZ

Milli komandaya dəvət aldı

“Qranada”nın qapıçısı Luka Zidan Əlcəzair milli komandasına dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Fransa yığmasının sabiq futbolçusu Zinəddin Zidanın oğlu olan 27 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Somali və Uqanda ilə oyunlar üçün Vladimir Petkoviçin rəhbərlik etdiyi 26 nəfərlik heyətə daxil edilib. Matçlar 9 və 14 oktyabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, Luka əvvəllər Fransanın yeniyetmə və gənclərdən ibarət yığmalarında çıxış edib. Ancaq sonradan vətəndaşlığını dəyişərək Əlcəzair millisini seçib.

Seçilən
29
1
football-plus.az

2Mənbələr