AZ

Türkiyədə kütləvi davada 6 nəfər bıçaqlanıb

Türkiyənin Kahramanmaraş şəhərində şənlik mərasimində kütləvi dava olub.

"Ölkə.az" xəbər verir ki, Dulkadiroğlu adlanan ərazidə dava zamanı 6 nəfər bıçaqlanıb.

Hadisə yerinə polis və təcili yardım cəlb olunub. İki qrup arasında yaranan davadan sonra bıçaq xəsarətləri almış yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
26
7
olke.az

10Mənbələr