AZ

Türkiyənin ən varlı şəxsləri açıqlandı - SİYAHI

Türkiyənin ən varlı adamlarının siyahısı yenilənib.

Bizim.Media Türkiyə KİV-ə istinadla xəbər verir ki, siyahıdakı 10 ən varlı şəxsin ümumi sərvəti 30,8 milyard dollar təşkil edir.

Sözügedən siyahını təqdim edirik:

1. Murat Ülker: 5 milyard 400 milyon dollar

2. Şaban Cəmil Kazancı: 4 milyard 500 milyon dollar

3. Erman Ilıcak: 3 milyard dollar

4. İpek Kıraç: 2 milyard 800 milyon dollar

5. Mehmet Sinan Tara: 2 milyard 800 milyon dollar

6. Semahat Sevim Arsel: 2 milyard 700 milyon dollar

7. Ferit Faiq Şahenk: 2 milyard 600 milyon dollar

8. Filiz Şahenk: 2 milyard 400 milyon dollar

9. Mustafa Rəhmi Koç: 2 milyard 400 milyon dollar

10. Hamdi Ulukaya: 2 milyard 200 milyon dollar.

Türkiyəli milyarderlər aşağıdakı sahələr üzrə sərvət toplayıb:

1. Murat Ülker – "Yıldız Holding"in idarə heyətinin sədri, "Ülker" markası ilə tanınan Türkiyənin ən böyük qida şirkətlərindən birinin sahibidir.

2. Şaban Cəmil Kazancı – "Kazancı Holding"in rəhbərlərindən biridir, enerji, maliyyə və inşaat sahələrində fəaliyyət göstərir.

3. Erman Ilıcak – "Rönesans Holding"in qurucusu, tikinti, inşaat və səhiyyə sahələrində böyük layihələr həyata keçirir.

4. İpek Kıraç – "Koç Holding"in qurucularından Vehbi Koçun nəvəsi, səhiyyə və texnologiya sahələrində yatırımları var.

5. Mehmet Sinan Tara – "ENKA Holding"in rəhbərlərindən, inşaat və enerji sektorunda fəaliyyət göstərir.

6. Semahat Sevim Arsel – "Koç Holding"in əsas səhmdarlarından biri, həmçinin turizm və səhiyyə sahəsində fəaliyyət göstərir.

7. Ferit Faiq Şahenk – "Doğuş Holding"in rəhbəri, bankçılıq, turizm, media və avtomobil sektorunda sərmayələri var.

8. Filiz Şahenk – "Doğuş Holding"in böyük səhmdarı, xüsusilə moda və turizm sahəsində yatırımları ilə tanınır.

9. Mustafa Rəhmi Koç – "Koç Holding"in fəxri prezidenti, Türkiyənin ən böyük sənaye və maliyyə holdinqlərindən birini idarə etmişdir.

10.Hamdi Ulukaya – ABŞ-da "Chobani" yoqurt markasının qurucusu, qida sənayesində fəaliyyət göstərir və həm də filantropdur. (Ölkə.az)

Bizim.Media

Seçilən
31
15
bizim.media

10Mənbələr