AZ

Gürcüstanda sabiq baş prokuror Murtaza Zodelava saxlanıldı

BAKI, 5 oktyabr. TELEQRAF

Gürcüstanda təhlükəsizlik qüvvələri müxalifətçi və keçmiş baş prokuror Murtaza Zodelavanı saxlayıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, M.Zodelava etirazçılara prezident iqamətgahına yürüş etməyi təklif etdikdən sonra parlament binası yaxınlığında tutulub.

Məlumata görə, M.Zodelava ilə yanaşı, etirazın təşkilatçılarından biri olan müxalifətçi İrakli Nadiradze də saxlanılıb. Hadisə parlament binasının qarşısında 200-ə yaxın etirazçının qalmasından sonra baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı hökuməti devirməyə cəhd də daxil olmaqla dörd maddə üzrə cinayət işi açıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze hadisəni dövlət çevrilişinə cəhd kimi qiymətləndirib. Eyni zamanda təşkilatçıların qanun çərçivəsində maksimum cəzalandırılacağını bəyan ediblər.

Seçilən
78
teleqraf.com

1Mənbələr