AZ

Hakan Fidan: Ukrayna məsələsində tərəflər ortaq məxrəcə gələ bilərlər

BAKI, 5 oktyabr. TELEQRAF

Ukrayna münaqişəsinin həllində yaxın aylarda irəliləyiş mümkündür.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, Ankara Moskva, Kiyev və Vaşinqton arasında danışıqları Alyaskada keçirilən Rusiya–Amerika sammitindən, eləcə də ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə Vaşinqtonda baş tutan görüşdən sonra davam etdirib.

“Ukraynadakı vəziyyətin gedişatını Donetsk vilayətindəki şərait müəyyən edəcək. Hər iki tərəfin öz arqumentləri var və onları ortaq məxrəcə gətirmək lazımdır”.

Seçilən
21
teleqraf.com

1Mənbələr