Almaniya Bundesliqasının VI turunda “Bayer” (Leverkuzen) və “Union Berlin” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, “BayArena” stadionunda keçirilən oyunda ev sahibləri 2:0 hesabı ilə qalib gəlib. Matçın baş hakimi Kristian Dingert (Tallihtenberg) olub.
33-cü dəqiqədə Ernest Poku hesabı açaraq ev sahiblərini önə çıxarıb, 49-cu dəqiqədə Kristian Kofane fərqi ikiqat artırıb.
Bu nəticədən sonra “Bayer” 11 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb, “Union Berlin” isə 7 xalla 12-ci sıradadır.
Növbəti turda “Bayer” oktyabrın 18-də səfərdə “Maynts”la, “Union Berlin” isə oktyabrın 17-də evdə “Borussiya Mönhenqladbax”la qarşılaşacaq.